Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu

Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini olan 1993-cü il təvəllüdlü İsmayıl Həsənov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Cinayət işinin araşdırılması zamanı məlum olub ki, İsmayıl "Bolt" sistemi üzrə taksi sürücüsüdür. O, bir müddət əvvəl Xəzər rayonu Binə qəsəbəsində taksiyə müştəri kimi əyləşmiş 15 yaşlı Mələklə (şərti adlı) tanış olub və onun mobil nömrəsini götürüb. Daha sonra qızla yazışmağa başlayan taksi sürücüsü onunla gizli görüşüb. Yeniyetmə qız valideynləri evdə olmadığı vaxt İsmayılla görüşərək intim münasibətdə olub.

Yeniyetmənin anası hadisə barədə öyrəndikdən sonra qızının adından İsmayılla yazışmağa başlayıb və onlar arasında baş vermiş hadisəni dəqiqləşdirərək polisə şikayət edib.

Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə İsmayıl Həsənov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            852 01.06.24 13:23