Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 68 min ABŞ dollarından aşağı düşüb.
Kriptovalyuta son 24 saat ərzində 0,98 % ucuzlaşaraq 67,569 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 332 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,1 % artaraq 3,773 min ABŞ dolları təşkil edib.
İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “Toncoin”dir (2 % azalıb).
Kriptovalyuta bazarının toplam dəyəri 2,53 trilyon ABŞ dollarına düşüb.