Şənbə günü, iyunun 1-nə keçən gecə Rusiyanın Ukraynaya raket hücumu səbəbindən Polşada təyyarələr səmaya qaldırılıb.
Qaynarinfo xəbər verir ki, X sosial şəbəkəsində Polşa Əməliyyat Komandanlığının yaydığı məlumatına görə, polyaklar və müttəfiqlər gecə saatlarında öz hava qüvvələrini aktivləşdiriblər ki, bu da xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər.
Səhər saatlarında Polşa tərəfi Rusiyanın zərbələri ilə əlaqədar gecə aviasiya fəaliyyətinin təfərrüatlarını açıqlayıb.
"Bu, Polşanın bütün hava hücumundan müdafiə sistemi üçün uzun, gərgin gecə idi. İndi, Rusiya təyyarələrinin Ukrayna ərazisinə raket hücumları təhlükəsi səviyyəsinin azalması səbəbindən Polşa və müttəfiq aviasiyasının Polşa hava məkanında fəaliyyəti azalıb, aktivlik dayandırılıb, ayağa qaldırılan qüvvələr aktivlər normal fəaliyyətə qayıdıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Polşa ordusu Ukrayna ərazisindəki vəziyyəti daim izləyir və Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün daim hazır vəziyyətdədir.