İlham Əliyevin 8 Martla bağlı təbriki » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Stresslə mübarizədə ən təsirli olan beş idman növü (SİYAHI)  |     22:50 Dünyada ilk dəfə: Süni ürəklə 100 gündən çox yaşayan xəstə evə buraxıldı  |     22:44 1.6 milyon borcu olan sahibkarın ölkədən çıxışı məhdudlaşdırıldı  |     22:36 Bu tarixdən yaxın qohumlar arasında nikah qadağan olunur (RƏSMİ)  |     22:30 "Novruz" bayramında Azərbaycan otellərində qiymətlər (SİYAHI)  |     22:24 Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək  |     22:18 Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib  |     22:13 MN-nin iki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub  |     22:06 Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb  |     22:01 Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib  |     21:54 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:48 Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm  |     21:44 Sumqayıtda avtomobil yanıb  |     21:35 Azərbaycan klublarında çıxış etmiş futbolçu vəfat edib  |     21:30 "Oleq Bakinski"nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub  |     21:23 Əfv Komissiyasının iclası olub, baxılan müraciətlərin sayı 400-ü keçib  |     21:17 Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək  |     21:10 Bakı Tekstil Fabrikinə məxsus sexin fəaliyyəti dayandırılıb - VİDEO  |     21:05 HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar - VİDEO  |     20:59 Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək  |    

İlham Əliyevin 8 Martla bağlı təbriki

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir:

"Hörmətli xanımlar!

Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 985 06.03.19 18:28