İlham Əliyev: Ermənistan getdikcə daha da zəifləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |    

İlham Əliyev: Ermənistan getdikcə daha da zəifləyir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bildirib.

Dövlət başçısı bildirib ki, bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.

“Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir.

Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Azərbaycan prezidenti hesab edir ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir.

“Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir”, - deyə o bildirib.

İlham Əliyev qeyd edib ki, münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, - bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, - Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir:

“Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir. Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı.

Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir?

Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır.

Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər”.

Azərbaycan prezidenti qeyd edib ki, bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək:

“Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 089 22.09.18 13:33