Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib - FOTO

Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.

Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.

Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.

Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.

Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 450 31.10.24 20:17