İlham Əliyev "Franklin Templeton" şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

İlham Əliyev "Franklin Templeton" şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "Franklin Templeton" şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirib.

Qonaq bu çərçivədə "Franklin Templeton" şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını deyib. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, "Franklin Templeton" ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirib.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş "Franklin Templeton" şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. "Franklin Templeton" şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 16.01.25 12:54