İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gecə bu ərazilərdə işıq olmayacaq  |     22:10 Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"  |     22:09 Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"  |     20:44 Qafar Dəmirçi azadlığa buraxıldı  |     20:01 Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu  |     19:27 Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək  |     19:18 "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi  |     19:15 Aydın Dəmirçi üzr istədi - VİDEO  |     19:02 Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq  |     17:32 Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var  |     17:26 Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş - FOTO  |     17:20 İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb  |     17:01 Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB  |     14:06 Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib  |     14:05 Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq  |     14:02 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     13:56 Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın  |     13:53 TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib  |     13:48 Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb  |     13:47 Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası  |    

İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib.

Median.Az
paylaşımı təqdim edir:

"Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 19.12.24 20:24