Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gecə bu ərazilərdə işıq olmayacaq  |     22:10 Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"  |     22:09 Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"  |     20:44 Qafar Dəmirçi azadlığa buraxıldı  |     20:01 Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu  |     19:27 Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək  |     19:18 "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi  |     19:15 Aydın Dəmirçi üzr istədi - VİDEO  |     19:02 Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq  |     17:32 Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var  |     17:26 Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş - FOTO  |     17:20 İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb  |     17:01 Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB  |     14:06 Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib  |     14:05 Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq  |     14:02 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     13:56 Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın  |     13:53 TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib  |     13:48 Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb  |     13:47 Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası  |    

Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib

Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.

Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 19.12.24 18:19