Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gecə bu ərazilərdə işıq olmayacaq  |     22:10 Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"  |     22:09 Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"  |     20:44 Qafar Dəmirçi azadlığa buraxıldı  |     20:01 Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu  |     19:27 Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək  |     19:18 "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi  |     19:15 Aydın Dəmirçi üzr istədi - VİDEO  |     19:02 Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq  |     17:32 Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var  |     17:26 Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş - FOTO  |     17:20 İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb  |     17:01 Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB  |     14:06 Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib  |     14:05 Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq  |     14:02 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     13:56 Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın  |     13:53 TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib  |     13:48 Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb  |     13:47 Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası  |    

Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Bu barədə BDYPİ-dən bildirilib.

Belə ki, Qobustan rayonu ərazisində hərəkətdə olan VAZ markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.

Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətdən yayınmaq məqsədi güdən belə hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir və hər bir yol hərəkəti iştirakçısını hüquqazidd əməllərdən çəkinməyə çağırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 19.12.24 13:48