Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gecə bu ərazilərdə işıq olmayacaq  |     22:10 Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"  |     22:09 Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"  |     20:44 Qafar Dəmirçi azadlığa buraxıldı  |     20:01 Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu  |     19:27 Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək  |     19:18 "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi  |     19:15 Aydın Dəmirçi üzr istədi - VİDEO  |     19:02 Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq  |     17:32 Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var  |     17:26 Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş - FOTO  |     17:20 İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb  |     17:01 Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB  |     14:06 Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib  |     14:05 Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq  |     14:02 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     13:56 Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın  |     13:53 TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib  |     13:48 Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb  |     13:47 Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası  |    

Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın

Bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan "işbaz"lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazid hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olmaları tövsiyə olunur.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

"Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin, vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduqlarından onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.

Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur. Eyni zamanda, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 19.12.24 13:56