Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gecə bu ərazilərdə işıq olmayacaq  |     22:10 Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"  |     22:09 Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"  |     20:44 Qafar Dəmirçi azadlığa buraxıldı  |     20:01 Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu  |     19:27 Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək  |     19:18 "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi  |     19:15 Aydın Dəmirçi üzr istədi - VİDEO  |     19:02 Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq  |     17:32 Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var  |     17:26 Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş - FOTO  |     17:20 İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb  |     17:01 Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB  |     14:06 Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib  |     14:05 Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq  |     14:02 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     13:56 Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın  |     13:53 TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib  |     13:48 Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb  |     13:47 Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası  |    

Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək

Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi barədə təkliflər hazırlayaraq ölkə Prezidentinə təqdim edəcək.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Bundan başqa, hökumətə Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq sahəsində funksiyalarının həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin həll edilməsi, digər dövlət orqanlarının (qurumlarının) Kənd Təsərrüfatı Nazirliyinin bu Fərmanda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi ilə bağlı təkliflər hazırlamaq, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, vahid büdcə təsnifatı üzrə balıqçılığın (o cümlədən balıq ovunun) kənd təsərrüfatı bölməsinə daxil edilməsi, habelə dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsinin xərc istiqamətləri üzrə balıqçılıq (o cümlədən balıq ovu) ilə bağlı müəyyən edilmiş vəsaitin Kənd Təsərrüfatı Nazirliyinə ayrılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 19.12.24 19:27