İlham Əliyev iki ölkənin prezidentlərinə təbrik məktubu ünvanladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:55 Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var  |     15:46 Təranə Səmədovanın işi Ali Məhkəmədə  |     15:39 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     15:36 Qubada silsilə əməliyyatlar: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  |     15:34 Abşeronda məktəbdə baş verən yanğının SƏBƏBİ açıqlanıb (YENİLƏNİB)  |     15:30 "Türkiye gazetesi": "Bəşər Əsəd Türkiyəyə danışıqlar təklifi göndərib"  |     15:28 Bir neçə vəzifəli şəxs həbs olundu: 24 milyon manatdan çox vəsait ölkəyə qaytarılmayıb  |     15:22 Bakıda avtomobil piyadanı vuraraq öldürdü  |     15:15 Bakıda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     15:14 Tovuzda 6300 manatlıq mobil telefonlar oğurlanıb  |     15:13 Şəkidə 59 yaşlı kişi intihar edib  |     15:04 Sumqayıtda ərin bıçaqladığı qadın 50 gün sonra polisə şikayət etdi (YENİLƏNİB)  |     15:02 Yol polisindən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:01 Ermənistanda zəlzələ baş verib  |     15:00 Bakıda yeniyetmə itkin düşüb  |     14:23 Evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutuldu  |     14:13 Gəncədə 18 yaşlı oğlan bıçaqlandı  |     14:05 Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir? - VİDEO  |     13:56 Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu  |     13:45 Stiven Spilberqin filminin aktyoru vəfat edib  |    

İlham Əliyev iki ölkənin prezidentlərinə təbrik məktubu ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin "Masdar" şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bundan başqa, dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə də təbrik məktubu göndərib:

"Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 02.12.24 11:37