Mojo.az Banner
23:01 Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     22:56 Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir  |     22:50 Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı  |     22:37 Türkiyədə 54 şagird qidadan zəhərləndi  |     22:29 Ermənistan Konstitusiyasını nə vaxt dəyişəcək? - Paşinyan açıqladı  |     22:24 “Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”  |     22:16 Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil  |     22:10 Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq  |     22:02 Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən xəbərdarlıq  |     21:57 Qan qrupuna görə xarakter: 99 faiz insanlarda nəticə üst-üstə düşür  |     21:48 Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?  |     21:43 Yayda gənc oğlunu itirdi, bu gün özü həyatdan getdi - Əhməd Oruc kimdir?  |     21:35 ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşub  |     21:29 Qazaxda müəmmalı ölüm: Meyiti qardaşının həyətində aşkarlandı  |     21:21 Yanvardan evlərin qiyməti ucuzlaşacaq?  |     21:16 Mehdiabadda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib  |     20:56 Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”  |     20:50 Qazaxda kişinin meyiti qardaşının həyətindən tapıldı  |     20:44 Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edəcək  |     20:38 Yanğında ölənlərdən biri də dəfn edildi  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev bir sıra ölkə rəhbərlərini təbrik edib (YENİLƏNİB)

28.11.2024 11:59 1 338
Prezident İlham Əliyev bir sıra ölkə rəhbərlərini təbrik edib (YENİLƏNİB)
Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Timor-Leste Demokratik Respublikasının milli bayramı - Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq firavanlıq arzulayıram".

Prezident İlham Əliyev, həmçinin, Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə də məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

* * * *

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

Median.Az
President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".скачать dle 11.3