Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz? - Video

24.11.2025 13:45 714
Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz? - Video
Yaşayış binalarının zirzəmisi, kürsüsü, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilmir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapıb.

Lakin buna baxmayaraq, paytaxtda demək olar ki, əksər binaların altında belə obyektləri görmək olar. Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, əgər bina layihələndirilərkən sözügedən obyektlər nəzərdə tutulmayıbsa, qanuni hesab edilmir.

Ekspert bildirib ki, kafe, restoran və ya hər hansı obyekt fəaliyyətə başlamazdan əvvəl bütün yanğın təhlükəsizliyi qaydaları nəzərə alınmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"na əsasən, binaların zirzəmisində və ya birinci mərtəbəsində sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunaların fəaliyyəti qadağandır.

Rəsmi iş günü olmadığından məsələyə dövlət qurumlarından münasibət bildirilmədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner