Mojo.az Banner
11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |    
Mojo.az Avto
Mojo.az Avto

BDU-nun professoru vəfat edib - FOTO

24.11.2025 14:32 861
BDU-nun professoru vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.

Bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Rauf Cəfərov 10 fevral 1961-ci ildə İrəvan şəhərində anadan olub. 1968-1972-ci illərdə İrəvan şəhər M.F.Axundov adına 9 nömrəli orta məktəbdə ibtidai təhsil alıb.

1972-1978-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 248 nömrəli orta məktəbi qızıl medal ilə bitirib.

1978-1983-cü illərdə BDU-nun Fizika fakültəsində fizika müəllimi ixtisası üzrə təhsil alıb. 1983-1987-ci illərdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının aspirantı olub. 1988-ci ildə nəzəri və riyazi fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, 2007-ci ildə nəzəri və riyazi fizika ixtisasında fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən nəzəri fizika ixtisası üzrə dosent, 2022-ci ildən professor idi.

O, 1983-1987-ci illərdə Fotoelektronika Elmi-Tədqiqat İnstitutunda mühəndis, 1987-1992-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında laborant, baş laborant, 1992-1993-cü illərdə Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim işləyib.

1993-1995-ci illərdə Rusiya Elmlər Akademiyası P.N.Lebedev adına Fizika İnstitutunun Nəzəri fizika şöbəsinin Elementar zərrəciklər fizikası sektorunda elmi işçi kimi fəaliyyət göstərib. 1999-2002-ci illərdə BDU-nun Kvant kimyası, 2002-2005-ci illərdə Yüksək enerjilər fizikası elmi-tədqiqat laboratoriyalarında, 2005-2009-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunda aparıcı elmi işçi işləyib. 2009-cu ildən Fizika Problemləri İnstitutunun baş elmi işçisi və Nəzəri fizika kafedrasının professoru idi.

Qeyd olunub ki, Rauf Cəfərov 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.

скачать dle 11.3
Mojo.az Banner