Bakıda binanın eyvanı uçub: Qadın xəsarət alıb
Median.Az "Report"a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yaşadığı Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 13A, mənzil 6 ünvanında (2-ci mərtəbə) eyvanın uçması nəticəsində yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş X.İbrahimovanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar aparılır.
