İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |    

İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib - FOTO

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.

Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.

Ersin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin, Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 542 14.10.23 15:30