Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |     19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |     19:03 İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb  |     18:48 İlon Maska partiya yaratmaqda kim kömək edir?  |     18:44 Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi  |     18:42 "Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi  |     18:10 Deputata qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin şikayəti rədd edildi  |     17:38 Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ  |     16:46 Bu ərazidə qaz KƏSİLƏCƏK  |     16:37 Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi  |     16:21 Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü  |     16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |    

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olundu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulandı.

Söhbət zamanı noyabrın 4-dən 6-dək “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildirdilər. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri vurğulandı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 512 03.11.21 14:04