“Bu gün burada - Zəngilanda olarkən təbii ki, Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
“Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək”, - dövlət başçısı bildirib.