“Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
“Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı iş birliyi və qardaşlıq əlaqələri daha da güclənəcək. Beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”, - dövlət başçısı bildirib.