Azərbaycan BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:09 Bərdədə dörd kiloqram marixuana aşkarlandı  |     15:57 İki rayonda KIA markalı avtomobillər qaçırıldı - Saxlanılanlar var  |     15:45 Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək  |     15:31 Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı - FOTO  |     15:26 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     15:24 Mahaçqala hava limanı PUA hücumuna görə fəaliyyətini dayandırdı  |     15:21 Dünyanın ilk futbol oyununun baş tutmasından 152 il keçir  |     15:11 Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən AÇIQLAMA (YENİLƏNİB)  |     15:06 Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü  |     14:42 COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb  |     14:28 Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO  |     14:24 Qazaxda narkokuryer saxlanıldı  |     14:12 Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq edən əcnəbiyə hökm oxundu  |     14:04 Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək  |     13:57 Dünyanın ən yaşlı insanı müəyyən edildi  |     13:53 Yakuboviçin bığına 155 min manat verdilər, "yox" dedi  |     13:49 Fransa İranın tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib  |     13:40 Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir  |     13:33 DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO  |     13:26 Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı  |    

Azərbaycan BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib

“Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

“Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik”, - Azərbaycanın dövlət başçısı bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 24.09.21 11:52