İlham Əliyev: “Səhiyyə sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |    

İlham Əliyev: “Səhiyyə sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır”

Prezident İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Sizi – Azərbaycan onkoloqlarını, müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri və konfransa videoformatda qatılan bütün iştirakçıları ürəkdən salamlayır, konfransın işinə və insanların sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanı qlobal pandemiyanın son dərəcə çətin sınaq qarşısında qoyduğu hazırkı vaxtda olduqca aktual mövzuda belə nüfuzlu bir konfransın ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır, 80 illiyi qeyd olunan Azərbaycan onkoloji xidmətinin ötən dövr ərzində beynəlxalq miqyasda qazandığı etimadın göstəricisi hesab edirəm. Bu mötəbər konfransda dünyanın məşhur universitetlərini təmsil edən tanınmış alim və mütəxəssislərin iştirakı ilə tibb elminin son nailiyyətləri işığında aparılacaq geniş və ətraflı müzakirələr ölkələrin səhiyyə qurumları qarşısında duran mühüm məsələləri özündə birləşdirir.

Respublikamızda səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Təbabətin sürətlə inkişaf edən sahələri üzrə ən müasir üsullarla müayinə və müalicə üçün kifayət qədər geniş imkanlar yaradılması nəticəsində bu istiqamətdə bir sıra uğurlar əldə etmişik. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylərimizin vacibliyini isə xüsusi qeyd etmək istərdim. Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik konfransınız azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 194 21.05.21 14:11