Prezident İlham Əliyev Putinlə Qarabağı müzakirə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Prezident İlham Əliyev Putinlə Qarabağı müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün praktik vəzifələrin həllinin 10 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Ölkə liderləri ikitərəfli münasibətlərin əsas məsələləri barədə də fikir mübadiləsi aparıb, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Həmçinin prezident İlham Əliyev rusiyalı həmkarına “Sputnik V” peyvəndinin Azərbaycana çatdırılması üçün səmimi təşəkkürünü bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            501 19.05.21 19:15