Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Smartfonunuzu neçə ildən sonra dəyişdirməlisiniz?  |     22:51 Ayaqqabılarınıza naringi qabıqları qoyun – SƏBƏB  |     22:46 Kartofu bişirən zaman suyuna nə qədər duz tökmək lazımdır?  |     22:40 Avropanın ən gözəl kəndi AÇIQLANDI  |     22:33 Misir Qəzza ilə bağlı vasitəsiz danışıqları bərpa edəcək  |     22:24 Azərbaycanın voleybol millisi dördüncü oyunda da məğlub olub  |     22:18 Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb - VİDEO  |     22:09 Doberman itinin təlimində ustalaşmaq üçün ən vacib qaydalar  |     22:09 Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli olub, "Neftçi" kənarda qalıb  |     22:01 Azərbaycan XİN İordaniyanı təbrik edib  |     21:55 Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edəcək  |     21:48 G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəyir  |     21:39 Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb  |     21:34 Trabzonda bələdiyyə sədri döyülüb  |     21:25 Ərdoğan dəhşətli zəlzələlərin vurduğu ziyanı açıqladı  |     21:15 Vasif Talıbovun ailəsinə ağır itki - Foto  |     21:06 Yağıntı ilə bağlı magistral yollardakı vəziyyət açıqlandı  |     21:01 Parisdə küçəyə Navalnının adı veriləcək  |     20:53 Elektrik enerjisi ilə bağlı bazar operatoru yaradılacaq  |     20:49 Səhər yeməyində nələr olmalıdır?  |    

Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması ilə bağlı instaqram hesabında paylaşım edib.

"Report"un məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur.
Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            564 28.10.20 19:30