G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 Azərbaycan minimum əməkhaqqı 600 manat olacaq? - AÇIQLAMA  |     17:21 Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı - FOTO / VİDEO  |     17:18 Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı - SƏBƏB  |     17:16 Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı  |     15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |     14:45 Meşədə çətənə yetişdirən şəxs saxlanılıb  |     14:44 Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB)  |     14:39 COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb  |    

G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəyir

“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın enerji ixracından əldə etdiyi mənfəəti azaltmaq üçün Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirmək niyyətindədir.

Median.Az 
TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Nazirlər Rusiyanın enerji gəlirlərini və enerji ehtiyatlarının istehsalı üçün gələcək imkanları hədəfləmək barədə razılığa gəliblər.

Onlar həmçinin Rusiya müdafiə sənayesi üçün satınalmalarda vasitəçilik xidmətləri göstərən maliyyə qurumları ilə bağlı sanksiyalardan yayınma cəhdləriylə mübarizə aparmaq niyyətindədirlər.

Agentlik qeyd edir ki, Avropa İttifaqı artıq Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq edib. İndi isə Aİ Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) birlik ölkələri vasitəsilə üçüncü ölkələrə ixracına diqqət ayırmağı planlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 25.05.24 21:48