Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |     12:19 "Google" Azərbaycan bayrağının rənglərində "doodle" hazırlayıb  |     12:15 Tovuzda ana və övladı dəm qazından zəhərləniblər  |     12:06 Tarixin ən yaxşı futbolçusu seçilib  |     12:02 Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? - VİDEO  |     11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |    

Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB)

Bu gün səhər saatlarında yağan intensiv leysan yağışlar nəticəsində bəzi çaylardan sel keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.

* * * * *

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.


Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyulun 27-si saat 9:00-a olan məlumatına görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 mm, Qrız, Gədəbəydə 11 mm, Daşkəsən, Şahdağda 9 mm, Bərdə, Qusar, Şəkidə 7 mm, Quba, Tovuz, Mingəçevirdə 6 mm, Oğuz, Ceyrançöl, Yevlax, Qəbələ, Göygöl, Ağdam, Xaltan, Altıağac, Şabran, İsmayıllı, Ağstafa, Naftalan, Gəncə, Şəmkir, İmişli, Naxçıvanda 5 mm-dək olub.

Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Qusar, Qrızda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            378 27.07.24 14:44