Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2024-cü ilin dekabrında tədarükü üçün qızıl fyuçerslərinin qiyməti öz tarixinin ən yüksək həddini yeniləyərək bir troy unsiyası (31,1034768 q - red.) üçün 2708.7 dollardan yuxarı satılır.

Bu barədə ticarət platformasının məlumatında bildirilib.

Bakı vaxtı ilə saat 18:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2710.3 dollar (+0,71%) təşkil edib. Bakı vaxtı ilə saat 18:53-də isə qızılın qiyməti bir unsiya üçün 2711.9 dollara (+0,77%) yüksəlib.

Qızıl fyuçerslərinin qiyməti sonuncu dəfə 26 sentyabr 2024-cü ildə bir troy unsiyası üçün 2708.7 dollara çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 18.10.24 12:48