106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı

Britaniyaəsilli 106 yaşlı Doroti Yanq uzunömürlülüyünün sirrini sağlam həyat tərzi və zərərli vərdişlərdən imtina etməkdə görür.

Median.Az
bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, təqaüdçü qadın 27 may 1918-ci ildə Birinci Dünya Müharibəsinin qızğın dövründə anadan olduğunu bildirib. Qadının sözlərinə görə, o, sevdiyi işlə məşğul olaraq və sevdiyi insanlarla uzun və xoşbəxt həyat yaşayıb. 15 yaşında Qadınlar İnstitutuna daxil olub, orada dəri emalı, qab-qacaq boyama, bağçılıq, tikmə və tikiş öyrənib. Yanqın sözlərinə görə, onun ən çox marağı rəqsə olub. Orada o, sonradan ailə qurduğu Corc adlı bir gənclə tanış olub. Onlar Böyük Mançester qraflığında 52 il birlikdə yaşayıb, iki qız övladı və dörd nəvə böyüdüblər. Qadın bu müddət ərzində əsasən ev işləri ilə məşğul olub. Hazırda Yanqın altı nəticəsi var. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra o, qızlarından biri ilə yaşayıb, daha sonra qocalar evinə köçüb.

Yanq bütün həyatı boyu sağlam vərdişlərə riayət etdiyini bildirib - o, heç vaxt siqaret çəkməyib, alkoqolu isə yalnız 102 yaşında, pandemiya ilə əlaqədar karantin zamanı dadıb. Uzunömürlü qadının sözlərinə görə, kürəkəni onu xeres içkisinə qonaq edib. O vaxtdan bəri, qadının qeyd etdiyi kimi, o, hərdən bir qədəh şərab içir.

Təqaüdçü qadın zəngin və uzun ömrünün digər sirrini həmişə özünü xoşladığı şeylərlə əhatə etməyə çalışmasında görür. Belə ki, Yanq hazırda qocalar evinin işçilərindən onun yanına tez-tez uşaqları çağırmalarını xahiş etdiyini bildirib, çünki onlarla ünsiyyət qurmağı sevir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 18.10.24 12:59