Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:50 Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb  |     22:42 "Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq"  |     22:32 Bakıda qadını başına daşla vurub öldürdülər  |     22:14 Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb  |     22:07 Tbilisidə etiraz aksiyaları davam edir  |     21:21 Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:14 Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI  |     21:05 Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib  |     20:30 Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?  |     20:21 Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək  |     20:13 İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək  |     20:06 Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...  |     20:00 Adelin bu mahnısı bütün dünyada qadağan edildi  |     19:52 Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB  |     19:52 Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb  |     19:41 Salyanda 19 yaşlı qadın dəm qazından boğulub  |     19:12 Bakıda kişi özünü binanın damından atdı  |     18:51 Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək  |    

Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı

Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Sergey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulanıb ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olmalıdırlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirməlidirlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 27.07.24 15:17