Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub.
* * * * *
Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan L.Əliyeva mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.