Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |     12:19 "Google" Azərbaycan bayrağının rənglərində "doodle" hazırlayıb  |     12:15 Tovuzda ana və övladı dəm qazından zəhərləniblər  |     12:06 Tarixin ən yaxşı futbolçusu seçilib  |     12:02 Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? - VİDEO  |     11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |     11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |    

Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."

Bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayevin gündəmə gəldiyi balta olayı ilə bağlı təfərrüat məlum olduqdan sonra mövzu ətrafında gedən müzakirələr daha da alovlanıb.

Məsələnin təfərrüatı, sənətçinin səhhəti ilə bağlı Yenisabah.az-a onun vəkili Asim Abbasov danışıb.

A.Abbasov hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib:

"Ağadadaş Ağayevin səhhəti yaxşı deyildi, bir neçə gün idi ki, sənətçi həkim nəzarəti altında idi. Ola bilər yaxın günlərdə özü bu barədə mətbuata açıqlama versin.

Əgər səhhəti əl versə, qısa zaman ərzində Ağadadaş müəllim həm mətbuata, həm cəmiyyətə açıqlama verəcək. Hələ ki, istintaq davam etdiyi üçün məsələ barəsində açıqlama verə bilmirik. Biz eyni zamanda, buna görə məsuliyyət daşıyırıq".

Xatırladaq ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçiyə balta atıb və onunla əlbəyaxa davaya çıxıb. Hadisə zamanı atılan balta klinikanın əməkdaşı olan qadına dəyib və o xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            528 27.07.24 14:47