Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli olub, "Neftçi" kənarda qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:08 Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO  |     12:07 Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib - FOTO  |     11:58 Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi  |     11:54 Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların veriləcəyi tarix açıqlanıb  |     11:48 Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq  |     11:39 Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək  |     11:31 Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var  |     11:16 Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub  |     11:15 Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum OLDU  |     11:08 Azərbaycanda xərçəng xəstələrinin sayı artdı - RƏSMİ  |     22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |     22:21 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi  |     22:14 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu  |     21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |    

Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli olub, "Neftçi" kənarda qalıb

Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

Buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 25.05.24 22:09