Prezident icra başçıları barədə: “Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər?” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb  |     22:31 Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb  |     22:20 Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək  |     22:11 "Qarabağ" - "Lion" oyununda hesab açıldı  |     21:59 Dörd vəkilə töhmət verildi  |     21:54 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video  |     21:47 Dağlıq rayonlarda qar yağacaq  |     21:38 “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”  |     21:31 Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər  |     21:26 "Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi  |     21:19 Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)  |     21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |    

Prezident icra başçıları barədə: “Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər?”

“Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaq, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman deyib.

O bildirib ki, bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir:

“Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol.

Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib.

Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın.

O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi.

Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər.

Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 031 16.03.20 18:32