Prezident İlham Əliyev: “Uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb  |     22:31 Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb  |     22:20 Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək  |     22:11 "Qarabağ" - "Lion" oyununda hesab açıldı  |     21:59 Dörd vəkilə töhmət verildi  |     21:54 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video  |     21:47 Dağlıq rayonlarda qar yağacaq  |     21:38 “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”  |     21:31 Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər  |     21:26 "Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi  |     21:19 Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)  |     21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |    

Prezident İlham Əliyev: “Uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq”

“Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti deyib ki, həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq.

“Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.

Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 225 11.03.20 20:05