Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə inkişafından məmnunluq ifadə olunub.
Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulanıb, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib.