Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb  |     22:31 Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb  |     22:20 Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək  |     22:11 "Qarabağ" - "Lion" oyununda hesab açıldı  |     21:59 Dörd vəkilə töhmət verildi  |     21:54 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video  |     21:47 Dağlıq rayonlarda qar yağacaq  |     21:38 “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”  |     21:31 Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər  |     21:26 "Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi  |     21:19 Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)  |     21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |    

Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib

Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi dərc edilib.

"Report”un məlumatına görə, dövlət başçısı yanvarın 21-24-də keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısına yazdığı məqaləsində Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf trayektoriyası cızdığını, ölkənin özünü Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək boru kəmərlərinin (TANAP, TAP) inkişafı barədə yazıb.

"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram. Dünya İqtisadi Forumu təkcə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün yox, həm də qlobal iqtisadi tendensiyalar haqqında hərtərəfli məlumat verən əla platformadır. Bu, bizə sosial-iqtisadi islahatları təşviq etməyə və xarici sərmayə cəlb etməyə yardım göstərir”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Dünya İqtisadi Forumu qlobal iqtisadi prosesləri, gündəmi və sosial-siyasi prosesləri müzakirə etmək üçün siyasətçiləri, iş adamlarını və ictimai təşkilatları bir araya gətirən ən böyük platformalardan biridir. Forum dünya iqtisadi tendensiyaları haqqındakı ətraflı məlumatlara geniş çıxış imkanı verir.

Davosda ənənəvi illik toplantıda Dünya İqtisadi Forumu iki qlobal təşəbbüsün həyata keçirilməsinə başlayacaq. Təşəbbüslərdən biri dünyada 1 milyard insanın təhsil almasına imkan verəcək qlobal təhsil proqramıdır. İkinci təşəbbüs isə dünyada 1 milyard ağacın əkilməsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 360 18.01.20 22:57