Median.Az xəbər verir ki, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini A.Şamilovanın cibindən, içərisində 200 manat olan pulqabısını oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qəmbərov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.