Lombard sahibi 200 min manat pulu mənimsədi - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi  |     22:58 General-leytenant təqaüdə göndərildi  |     22:53 Azərbaycanda 4 şirkət ləğv edildi  |     22:49 Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur  |     22:44 Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı  |     22:36 ABŞ olimpiya iştirakçısının tutulmasına görə 10 milyon dollar mükafat təyin etdi  |     22:31 "50 qəpik" avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı  |     22:25 Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür  |     22:16 Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu  |     22:10 Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti "Manus" təqdim edildi  |     22:04 Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO  |     21:57 HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur  |     21:53 KİV: Filippinin keçmiş prezidenti Haaqada məhkəmə qarşısına çıxarılacaq  |     21:47 MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ  |     21:42 Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verib  |     21:35 “Azəriqaz” Cəbrayılda əmək yarmarkası keçirəcək  |     21:30 Yeniyetmələrin dərs və gecə vaxtı “TikTok”a girişi məhdudlaşdırılır  |     21:22 Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub  |     21:17 Tennis hakimi korrupsiyaya görə 6 illik diskvalifikasiya edilib  |     21:09 Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib  |    

Lombard sahibi 200 min manat pulu mənimsədi - MƏHKƏMƏ

Tanınmış lombard sahibi olan qadın cəzasının azaldıması üçün Ali Məhkəməyə müraciət edib.

Median.az
ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan İsmayılova Dürrə Təvəkkül qızının məhkəmə prosesi yanvar ayının 19-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Cinayət işində 32 nəfər zərəçəkmiş qismində tanınıb. Xatırladaq ki, 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır. Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər. Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

Qeyd edək ki, Dürrə İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və ev dustaqlığına buraxılmışdı. Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 736 16.01.19 23:20