Allahı söyən tanışını öldürən şəxsin bəraət hökmü qüvvəsində qaldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |    

Allahı söyən tanışını öldürən şəxsin bəraət hökmü qüvvəsində qaldı

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vüqar Həsənovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ötən il oktyabrın 15-də Vüqar Həsənov Xətai RPİ-nin 35-ci polis bölməsinə könüllü gələrək Gəncə prospekti, 73- ünvanında tanışı Elşən Məmmədovu bıçaqla 2 dəfə vuraraq öldürdüyünü bildirib və özü ilə gətirdiyi bıçağı növbətçi hissəyə təqdim edib. Təslim olan şəxs özü də döş qəfəsindən bıçaq yarası aldığına görə təcili tibbi yardım avtomaşını ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış keçirilməsi protokoluna əsasən, Gəncə prospektindəki 73 saylı binanın 10-cu blokundan sağ tərəfdən, üzü aşağı əsas yola doğru asfalt örtük üzərində qanabənzər axıntı ləkələri, daş hasarın qarşısında dəstəyi qara rəngli, ümumi uzunuğu 18 sm olan qatlanın bıçaq aşkar edilib. 7 saylı TTYS-dan bölməyə məlumat verilib ki, Naximov küçəsi, döngə 2, ev 123-də yaşayan, 1979-cu il təv. Elşən Məmmədov ürək və qaraciyərin yarası diaqnozundan keçinib.

Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Vüqar Həsənov ifadəsində Elşən Məmmədovla Bakıda, bir məhəllədə yaşadığını göstərib. Elşən ondan
6-7 yaş böyük idi, idmanla məşğul idi, ilk övladı- 5 yaşlı oğlu onkoloji xəstəlikdən dünyasını dəyişmişdi. Oktyabrın 15-də bir məhəllədə yaşadığı və dostu olan İsa Sultanovla Gəncə prospektində yaşayan Sabir adlı tanışlarının vəfat etmiş atasının yas mərasimində iştirak etmək üçün 67 nömrəli binanın qarşısına gəlib, baş sağlığı verib mağara keçərək Elşənin oturduğu masada oturublar. Mərhum ağır xəstəlikdən rəhmətə getdiyi üçün Elşənlə aralarında xəstəliklərdən söhbət açılıb. Vüqar Elşənə bunun «Allahın qismətir» olduğunu deyəndə, sonuncu «uşağı öləndə Allahı çoxlu-çoxlu söydüyünü» bildirib. Bu zəmində aralarında mübahisə yaranıb, hər ikisi mağardan çıxıb. Vüqar zəngləşib axşam görüşməkləri təklif edib, düşünüb ki, belə olan halda Elşənin hirsi soyuyacaq və münaqişələri sülhlə həll olunacaq. Lakin Elşən razı olmayıb, mağardan xeyli insan çıxıb və onların arxasınca gəlib. 73№i binanın tininə çatanda Məmmədov yenidən Allahı söyüb, lakin Həsənov cavab olaraq «heç kəsə belə söyüşlər söyməsinə imkan verməyəcəyini bildirib. Ətrafda yığışanlar onları sakitləşdirməyə çalışıb, gözləmədiyi halda Elşən bıçaqla onun sinəsindən vurub, həmi yerdən təzyiqlə qan axmağa başlayıb. Məmmədov üstünə gəldikdə Həsənov, əlindəki bıçağı ona tərəf atıb və özündə olmadığından kəsici alətib ona dəyib-dəymədiyini hiss etməyib. Başını qaldırdığı üçün Elşənin atdığı bıçaq boğaz nahiyyəsində dərini cızıb.

O üstünə gələn Həsənovu vurduğda, sonuncu qəfildən dayanıb, üzü üstə yerə yıxılıb. Yaxınlaşıb Elşəni arxası üstə çevirərək dəfələrlə onu çağırıb, hər ikisinin paltarları qana bulaşıb, ətrafda olanlara təcili tibbi yardım çağırmalarını deyib, hadisə yerindən birbaşa yaxınlıqda yerləşən polis bölməsinə gedib. Növbətçiyə tanışını bıçaqladığını bildirərək, təslim olub. Vəziyyəti ağır olduğu üçün bölməyə çağırılan təcili yardım maşını onu xəstəxanaya aparıb.

Məhkəmə sübutları araşdıraraq müəyyən edib ki, ibtidai istintaq orqanının Vüqar Həsənova CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə verdiyi ittiham işin faktiki hallarına uyğun deyil. Məhkəmə, Həsənovun hərəkətlərinin qanuni olması və zəruri müdafiə vəziyyətində törədilməsi qənaətinə gəlib. Təqsirləndirilən şəxsə yalnız CM-nin 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığı üçün Vüqar Həsənova CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə bəraət verilib. O, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən prokuror apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıbскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 257 03.10.18 12:02