Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Ceyhun Muradovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il martın 11-nə keçən gecə Ceyhun Muradov Abşeron rayonu ərazisində taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək, ondan 87 manat pul alıb. Zərərçəkmiş Abşeron RPİ-nə müraciət etdikdən sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məlum olub ki, Muradov müştəri qismində taksi avtomaşınına Xırdalan dairəsində əyləşib və razılaşıblar ki, sürcü onu "20 Yanvar" metrosunun yanına 5 manat müqabilində aparacaq.
Yolda təqsirləndirilən şəxs bıçağı çıxarıb, zərərçəkmişə hədə-qorxu gəlib və onun pullarını əlindən alıb.
Məhkəmənin hökmü ilə C.Muradov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.