Türkiyənin Çanaqqala rayonunun Bayramiç qəsəbəsində 40 yaşlı azərbaycanlı Çağlar D. tüfənglə keçmiş qonşusunun zərgərlik mağazasına basqın edib.
Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, tüfəngin dəstəyi ilə qonşusu Hüseyn Kartozun başına zərbələr endirib.
Bu zaman Kartoz dükanda Çağlarla əlbəyaxa olub. Dükan sahibi oğrunu itələyərək, küçəyə çıxarıb.
Ətrafdakıların köməyilə oğru zərərsizləşdirilib və hadisə yerinə polis çağırılıb.
Azərbaycanlının əvvəllər həmin mağazanın yaxınlığında döymə sənəti ilə məşğul olduğu açıqlanıb.