Median.Az xəbər verir ki, Şəmkir və Tovuz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də mağazadan 400 manat və tütün məmulatı oğurlayan Tovuz rayon sakinləri Orxan Novruzov, əvvəllər məhkum olunmuşlar Elşən Novruzov və Eşqin Ələkbərov saxlanılıblar.
Şəmkir RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.