Suraxanıda borca görə dostunu öldürən şəxsin cəzası qüvvəsində qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |    

Suraxanıda borca görə dostunu öldürən şəxsin cəzası qüvvəsində qalıb

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Sənan Əzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevarıln 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində, dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Sənan Əzimov tanışı Rüfət Paleşniyə (1987-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürüb. Hadisədən sonra Əzimov könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

İstintaq zamanı məlum olub ki, işsiz olan dostlar birgə iş qurmaq qərarına gəliblər, fikirləri telefon mağazası açmaq olub. Buna görə hər ikisi müəyyən qədər pul tapıb. Ayın 20-də isə aralarında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı Rüfət Sənanın ünvanına söyüşlər işlədib. Əsəblərini cilovlaya bilməyən Əzimov isə bıçaqla dostuna 2 zərbə endirərək, onu öldürüb. Suraxanı rayon prokurorluğu S.Əzimovun əməlini CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Məhkəmə prosesində Sənan Əzimov ittiham üzrə özünü qismən təqsirli hesab edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, mərhuma qaldığı pul borcunu doğmalarına qaytaracağını söz verib. Çıxış edən dövlət ittihamçısı S.Əzimova 17 il cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-nin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən zərərçəkmişin hüququ varisi Vasiliy Paleşniy və məhkumun müdafiəçisi apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 278 26.09.18 12:04