Median.Az xəbər verir ki, sentyabrın 24-ü saat 19 radələrində Alı Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə Abşeron rayon sakini Xanım Tağıyeva vurulub. Nəticədə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş piyada orada keçinib.
Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.
Nəsimi RPİ-də faktla bağlı araşdırma aparılır.