Median.Az xəbər verir ki, Gədəbəy RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən, kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kq. olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən 105 kq. 900 qram marixuana aşkar ediblər.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və satma) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddələri ilə cinayət işi başlanılıb.