Median.Az xəbər verir ki, DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhərdəki bankomatların birində, hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar Sumqayıt ŞPİ 3-cü polisbBölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törədən şəhər sakini N.Hüseynova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.