Median.Az xəbər verir ki, Quba Mərkəzi Rayon Xəstəxanasına kəsilmiş-dəşilmiş xəsarətlə rayon sakini Təvəkkül Zeynalov çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.
Araşdırma aparan rayon polis şöbəsinin (RPŞ) əməkdaşları aydınlaşdırıblar ki, cinayət Aşağı Atuc kəndində baş verib. T.Zeynalovun kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
RPŞ İstintaq bölməsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.