Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Pirşağı dəmir yolu stansiyasının ərazisində 40 metr rabitə naqilini oğurlayan 4 paytaxt sakini saxlanılıb.
Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisindəki dəmir yolu xəttində təmir üçün yığılmış 32 ədəd rels altlığını oğurlamağa cəhd göstərən Abşeron rayon sakini Teymur Məlikov saxlanılıb, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 həyətyanı sahədən, ümumilikdə 135 ev quşu və inşaat materialı oğurlayan Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Mərdanov və Tural Rzayev saxlanılıblar, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 köşkdən tütün məmulatı, 1 nəfərin torpaq sahəsindən inşaat materialları, 1 həyətyanı sahədən samovar və 1 nəfərin mobil telefonunu oğurlayan Gəncə şəhər sakini Yusif Dadaşov saxlanılıblar, Ağdaş RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də şəhər ərazisindəki şirkətldən 1700 manat dəyərində inşaat materialları oğurlayan Qəbələ rayon sakini İsgəndər Zərbalıyev, Gürcuva kənd sakini Nurlan İsrayılov və Yevlax rayon sakini Rasim Xəlilovu saxlayıblar, Xızı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də rayon sakini İlkin Heybətovun yardımçı təsərrüfatından 26 baş qoyun oğurlayan Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb, Zaqatala RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlını saxlayıblar. Məlum olub ki, onlar sentyabrın 5-dən 17-dək olan müddət ərzində şəhərdə küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilini kəsilərək oğurlayıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğruluq) maddəsi ilə cinayət işləri başlanılıb.