Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Narbağı kənd sakini R.Həsənzadəni döyərək, 67 manat pulunu quldurluq yolu ilə alan şəhər sakini Yədulla Paşazadə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, cinayətin törədilməsində daha 1 nəfər iştirak edib. Onun şəxsiyyəti artıq müəyyən edilib və axtarış işi aparılır.
Lənkəran ŞRPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.